HAQQIMIZDA

“MNM Group”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir.

icon_widget_image Bakı ş., Nəsimi r. Mirəli Qaşqay küç. 33 +994 50 334 35 55 icon_widget_image +994 55 244 48 08 [email protected]

EXTERYER DİZAYN

Kreativ eksteryer dizayn layihələrinin hazırlanması.

Eksteryer dizayn – binanın xarici görünüşünü cəlbedici edən bir çox detalın birləşməsidir. Bu detalların bir-biri ilə yaxşı birləşməsi, eyni üslubda harmoniya yaratması və ümumi memarlıq fikrini pozmaması çox vacibdir. Evin fasadı, ətrafdakı mənzərə, ərazidəki digər yardımçı tikililər – bütün bunlar həm ev sahibləri, həm də evə gələn qonaqlar üçün müəyyən bir atmosfer və əhval-ruhiyyə bəxş etməlidir. Bununla birlikdə, evin xarici görünüşünün özünəməxsus dizaynına əlavə olaraq davamlılığına, etibarlılığına və hava şəraitinə qarşı müqavimətinə də diqqət yetirmək lazımdır. Arzularınızdaki eksteryer dizayn fikirləri dizaynerlərimizin kreativ idealarıyla birləşdikdə, zövgünüzü oxşayan bir nəticə sizi gözləyəcək. Mütəxəssislərimizin sizin istəklərinizi, torpaq sahəsinin landşaft xüsusiyyətlərini nəzərə alaraq hazırladığı 3D layihələr siə təqdim olunacaq. Müştərilərimizə fərdi yanaşmayla həyata keçirdiyimiz dizayn, landşaft və yaşıllaşdırma işlərinə əminliklə zəmanət veririk.

 

Hər hansı bir sualınız var?

Bizimlə əlaqə saxlayın!